42 deputatın parlamentin iyun ayında növbədənkənar iclasını çağırmaq üçün imza toplaması Milli Məclisin özünü buraxması anlamına gəlmir.
Bu barədə BUTA.TV-a Milli Məclisə bağlı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, adətən hər il 31 mayda yaz sessiyası bitsə də, müraciətlər əsasında deputatlar 15 iyuna kimi fəaliyyətlərini davam etdirirlər:
“Növbədənkənar sessiya hələ Milli Məclisin özünü buraxacağı nəticəsini çıxarmaq mənasında başa düşülməməlidir”.
O qeyd edib ki, növbədənkənar sessiya büdcəyə yenidən baxılması, o cümlədən vacib qanunların qəbulu və yaxud referendumla bağlı da ola bilər.
Qeyd edək ki, 42 deputatın imzası ilə Milli Məclisin iyunda növbədənkənar iclasını çağırması parlamentin özünü buraxacağı və yeni seçkiyə gediləcəyi ehtimallarını gündəmə gətirib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür