Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkar olunub.
Daxili İşlər Naizliyindən BUTA.TV-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçirib. Tədbir nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb. Ondan 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb. F.Şahverdiyev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür