Qərb Ukraynanın müvəqqəti olaraq bir neçə dövlətə bölünməsi imkanlarını nəzərdən keçirməli, onlardan biri NATO-ya qəbul edilməlidir.
BUTA.TV xəbər verir ki, bu fikri Atlantika Şurası yanında Strategiya və Təhlükəsizlik üzrə Amerika “Skoukroft” Mərkəzinin vitse-prezidenti Metyu Kreniq deyib.
Ekspertin fikrincə, Qərb çətin ki, Ukraynanı Rusiya ordusunu məğlub etmək üçün kifayət qədər silahla təmin edə bilsin:
"Əgər bunu etməsək, alternativlər haqqında düşünməli olacağıq. Alternativlərdən biri Ukraynanın qərb hissəsinin NATO-ya qoşulması üçün ayırmaq, sonra isə Ukraynanın qalan hissəsini geri qaytarmaq üçün çalışmaq olardı. Əslində bu, Şərqi və Qərbi Almaniya modeli ola bilər”, - deyə o bildirib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür