Vyetnam Ukraynadakı münaqişəyə münasibətdə neytral mövqeyini dəyişib, bunu Putinin Hanoya dəvət edilməsi sübut edir.
BUTA.TV xəbər verir ki, bunu Yaponiyanın "JB Press" nəşri yazıb.
Qeyd olunub ki, Vyetnam hərbi rəhbərliyi Amerika qoşunları ilə toqquşma təcrübəsindən bilir ki, quru müharibələrinin nəticəsi - məsələn, Ukraynada - canlı qüvvənin sayı və tərəflərin əhval-ruhiyyəsi ilə müəyyən edilir və buna görə də vyetnamlılar Moskvanın qələbəsinə əmindir:
"Bu amili, eləcə də Vaşinqtonla münasibətlərin pisləşməsini nəzərə alan Vyetnam hökuməti, nəhayət, tərəf seçib və Putindən ölkəyə səfər etməyi xahiş edib. Bu dəvətin Ukraynaya qarşı neytral qalan digər ölkələrə də təsir edə biləcəyi ehtimalı var. Beləliklə, onlar öz diplomatik mövqelərinə yenidən baxa bilərlər".
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür