1976-cı ilin xəritələri bütün hissələrdə (Ermənistan-Azərbaycan sərhədi - red.) delimitasiya üçün əsas olacaq.
BUTA.TV xəbər verir ki, belə bir iddia ilə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan çıxış edib.
Onun sözlərinə görə, hazırda delimitasiyanın növbəti mərhələsinin hansı ərazidə aparılacağı bəlli deyil:
“Biz artıq bununla bağlı bəyanat vermişik. Bu barədə həm Qriqoryanın ofisi (baş nazirin müavini – red.), həm də Ermənistan Təhlükəsizlik Şurasının katibi açıqlama verib. Növbəti mərhələ müəyyənləşəndə bu barədə məlumat verəcəyik”.
Qeyd edək ki, sərhədin digər hissələrinin hansı xəritələrlə çəkiləcəyini Azərbaycan müəyyən edir.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür