ABŞ nümayəndəsinin bu qədər utandırıcı və kobud bəyanat verəcəyinə inanmaq çətindir.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət katibi Entoni Blinkenin helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Düzünü desəm, mən hələ bu açıqlamanı orijinalda görməmişəm. İnanmaq çətindir ki, diplomat, xüsusən də ABŞ kimi bir ölkənin yüksək rütbəli nümayəndəsi diplomatik baxımdan belə utandırıcı bəyanat verə bilər. Və mahiyyət etibarı ilə desək, bu, bütöv bir xalqa qarşı kobud bir ifadədir”, - Peskov bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı “Onun hakim və prezident kimi fəaliyyətini xatırlasaq və bir daha belə fəaliyyətlərdə iştirak edə bilməyəcəyini nəzərə alsaq, bəli, İran xalqı üçün daha yaxşı oldu” deyib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür