Jurnalist Evan Gerşkoviçin Rusiya həbsxanasından azad edilməsi üçün Prezident Vladimir Putinlə münasibətimdən istifadə edəcəm.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti, 5 noyabrda keçiriləcək prezident seçkilərində namizəd Donald Tramp deyib.
“Rusiyanın əlində olan “Voll Strit Jurnal”ın müxbiri Evan Gerşkoviç seçkidən dərhal sonra, lakin mən vəzifəyə başlamazdan əvvəl azad ediləcək”, - Tramp özünün sosial şəbəkəsində yazıb.
O bildirib ki, Vladimir Putin bunu mənim üçün edəcək, başqası üçün deyil.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü ABŞ vətəndaşı Gerşkoviçin saxlanması barədə 2023-cü il martın 29-da Rusiya Federasiyası FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (PXM) məlumat yayıb. Jurnalist casusluqda ittiham olunub.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür