Ermənistan hakimiyyəti anklav kəndləri avqustun 15-nə qədər Azərbaycana təhvil verməlidir.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə Açarkurt kəndinin ağsaqallar şurasının keçmiş üzvü, Daşnaksütyun partiyasının üzvü Karen Qazaryan deyib.
Qazaryan bildirib ki, anklav kəndlərdə yaşayan ermənilərə avqustun 15-nə qədər vaxt verilib.
“Avqustun 15-də həmin kəndlərin Azərbaycana təhvil veriləcəyindən danışırlar. Anklavlar təhvil veriləndən sonra Açarkurt kəndi də mühasirəyə düşmüş olacaq. Hamımız ümid edirik ki, hakimiyyət dəyişəcək və məsələ bağlanacaq”, - o deyib.
Qeyd edək ki, Qazaxın anklav olan 3 kəndi - Yuxarı Əskipara, Bərxudarlı və Sofulu, həmçinin, Sədərəyin Kərki kəndi hələ də erməni işğalındadır.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür