Xəbər verdiyimiz kimi, Prezident Rəcəb Tayyib Ərdoğan mayın 23-də Ankarada 2023-cü ilin fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə köməyə tələsərkən çəkilən fotosu ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirliyə "Vəfa Mükafatı"nı təqdim edib.
BUTA.TV xəbər verir ki, təqdimat mərasimi ilə bağlı fikirlərini bölüşən S.Bəşirli mərasimdə qardaş ölkənin nümayəndəsi kimi təqdim edildiyi zaman çox həyəcanlandığını bildirib.
Mükafatı təqdim edən zaman Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür etdiyini xatırladan S.Bəşirli qardaş ölkədə olan zaman hər kəsin ona doğma şəxs kimi davrandığını dilə gətirib. O, zəlzələ zamanı yardım daşıdığı maşını yadigar olaraq daim saxlayacağını qeyd edib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür