Xəbər verdiyimiz kimi, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərə yağan güclü yağış səbəbindən Marneuli, Bolnisi, Tetritskaro və Dmanisi rayonlarda bir çox ərazilər subasmaya məruz qalıb.
BUTA.TV xəbər verir ki, Marneulinin Kirəç Muğanlı kəndində yerləşən hərbi-kazarma, bir neçə yaşayış evi, əkin sahəsi, kafe və obyektlər sel suları altında qalıb.
"24nyus.ge"nin məlumatına əsasən, hazırda kazarma ərazisində helikopterlə təxliyə işləri aparılır.
Bundan əlavə, Alget çayının daşması nəticəsində Marneuli bazarını da sel basıb.
Hazırda bazar ərazisində təmizlik işlərinə başlanılıb.
Bazarın tam fəaliyyət göstərməsi bir neçə gün çəkəcək.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür