NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə dair sözlərindən sonra düzəliş etməli, üzr istəməli və ya istefa verməlidir.
BUTA.TV xəbər verir ki, bunu İtaliyanın baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini deyib.
"Stoltenberq ya düzəliş etsin, ya üzr istəsin, ya da istefa versin. Çünki o, müharibə haqqında, mənim adımdan “Liqa” və İtaliya xalqı adından Ukraynaya müdafiə üçün göndərdiyimiz bombaların, raketlərin və silahların onun ərazisindən kənarda öldürmək məqsədilə istifadəsi haqqında danışa bilməz",- o bildirib.
Qeyd edək ki, bundan öncə Y.Stoltenberq alyans ölkələrini Ukraynanın Qərb silahları ilə Rusiya ərazisindəki hədəflərə zərbə endirməsinə dair məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür