Parlamentin ən təcrübəli deputatlarından biri mənəm. Müşahidələrimə görə, həmişə hər seçkidə parlamentin tərkibi 25-30 nəfər dəyişib. Bu dəfə də böyük dəyişikliyin olacağını gözləmirəm. Amma istəyərdim ki, ciddi dəyişiklik olsun.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev mediaya geniş müsahibəsində deyib.
“Yaş məhdudiyyətinə gəldikdə, bu, ilk növbədə Konstitusiyaya ziddir. Bu məsələni həmin insanların sağlamlıq vəziyyətinə buraxmaq lazımdır. Əgər onun fiziki imkanları sağlamlıqla bağlı problem yaratmırsa, niyə də deputat seçilməsin? Məsələn, mən NATO Parlament Assambleyasında görmüşdüm, Böyük Britaniya, ABŞ kimi ölkələrdən yaşı 80-dən yuxarı xeyli millət vəkili vardı. Onlar müzakirələrdə kifayət qədər aktiv iştirak edirdilər, çox təcrübəli idilər”, - deyə millət vəkili yaşı 70-dən çox olan deputatlara məhdudiyyət tətbiq edilməsi barədə müzakirələr haqda bildirib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür