Ölkədə yeni SES inşa olunacaq

19:02 - 27 May 2024 - GÜNDƏM

 Ölkədə yeni SES inşa olunacaq

“Azərenerji” SC “Çaykənd-2” kiçik su elektrik stansiyasının (SES) tikintisi üçün tender elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə şirkətin dövlət satınalmaları portalında yerləşdirdiyi elanda bildirilib.

Qeyd olunub ki, “Azərenerji” “Çaykənd-2” SES-in tikintisi üçün podratçı şirkət seçir.

Tenderdə iştiraka görə dövlət rüsumu 2 min 765,18 manatdır. Bundan başqa, tenderdə iştirak etmək istəyən şirkətlər tender komissiyasına təqdim etmək üçün tələb olunan sənədlərin siyahısı ilə tanış olmaq üçün 25 manat ödəməlidirlər.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Elanda qeyd edilib ki, tender üzrə işlərin smeta dəyəri 18 milyon 434 min 525 manatdır.

İddiaçılardan tender təklifləri 16 iyul saat 09:00-dək qəbul ediləcək. Tender proseduru elə həmin gün baş tutacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol