Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının X hesabındakı paylaşımda bildirilib.
Bildirilib ki, Türkiyə ilə İspaniya arasında münasibətlər, regional və qlobal problemlər, həmçinin İsrailin Qəzza zolağına hücumları müzakirə edilib. Prezident Ərdoğan İspaniyanın Fələstini müstəqil dövlət kimi tanıması qərarını yüksək qiymətləndirdiyini və təqdir etdiyini və bu addımın həm bölgədə sülhü, həm ədaləti, həm də iki dövlətli həll istiqamətində səyləri gücləndirəcəyinə inandığını bildirib.
Telefon danışığında Ərdoğan İsrailin Fələstində törətdiyi qırğına ən qısa zamanda son qoyulmalı, Təl-Əvivin beynəlxalq hüquqa riayət etməyə məcbur edilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, İrlandiya, İspaniya və Norveç Fələstinin müstəqilliyini tanımaq qərarını elan edib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür