Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo həyat yoldaşı Corcina Rodriquezdən ayrılarsa, ona sərvət ödəməli olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Portuqaliyanın "TV GUIA" jurnalında məlumat yayılıb. İddia olur ki, Ronaldo ilə onun beş uşağından ikisinin anası Corcina arasında müqavilə var. Belə ki, əgər cütlük ayrılarsa, Ronaldo ayda 85 min funt sterlinq ödəyəcək.
Bu şərtin 2017-ci ilin noyabrında qızları Alana Martinanın doğulmasından sonra qüvvəyə mindiyi bildirilir.
Anlaşmaya əsasən, Ronaldo təkcə həyat yoldaşına pul ödəməyəcək. Corcinanın 2010-cu ildə Ronaldonun aldığı Madriddəki evinə də sahib çıxacağı iddia edilir.
Qeyd edək ki, Ronaldonun sərvəti 600 milyon dollar civarındadır.
Futbolçu Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından biri olan və ona 173 milyon funt sterlinq qazandıran “Əl-Nassr”la qazanclı müqaviləsi ilə yanaşı, kassasını müxtəlif sponsorluq müqavilələri ilə doldurduğu deyilir.
- Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir
- Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama
- İlham Əliyevin İrana səfəri planlaşdırılır
- Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım
- Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar
- Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb
- Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...