Bakı metropoliteninə məxsus vaqonda siqaret kötükləri aşkarlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb.
Metroda siqaret çəkilməsi qadağandır və demək olar ki, heç vaxt bu qadağa pozulmur. Buna görə də siqaret kötüklərinin vaqonlarda aşkarlanması təəccüblə qarşılanıb.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qatarlara mütləq şəkildə baxışların keçirildiyini bildirib:
“Qatarlar sonuncu stansiyaya çatdıqda maşinist ümumiyyətlə bütövlükdə sərnişin salonuna baxış keçirir. Bundan əlavə, çirklənmə və sanitariya qaydaları pozulduğu təqdirdə problem dərhal aradan qaldırılır”.
B.Məmmədov bu məsələdə sərnişinlərin də üzərinə məsuliyyət düşdüyünü deyib:
“Belə hallar aşkarlandıqda qatardakı maşinist rabitəsindən istifadə etməklə, yaxud stansiyadakı əməkdaşlarımıza xəbər vermək mümkündür. Həmçinin sərnişinlərimiz də belə vəziyyətlərdə vaqonları zibilləyənə iradını bildirə, metrodan istifadə qaydalarına riayət etməyi tələb edə bilər”.
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!
- Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?
- Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi
- Azərbaycan diaspor rəhbəri barəsində çıxarılan hökm ləğv edildi
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto