Rusiya Prezidenti Vladimir Putin nüvə təhdidlərinə qayıtdı və hətta nüvə doktrinasını dəyişdirərək, onun tətbiqi imkanlarını genişləndirdi.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.
“Bu, Kiyevə Qərb raketləri ilə Rusiya ərazisinə zərbə endirməsinə icazə verilməsi ehtimalının qarşısını almaq üçündür. Kiyev Kremlin təhdidlərinə cavab verməməlidir, baxmayaraq ki, düşməndən hər şeyi gözləmək olar. Putin nüvə silahından istifadə etmək istəsəydi, sərəncam verməsi kifayət idi. Rusiya nüvə silahından istifadə edərsə, bir anda onlarla ölkə nüvə silahı istehsal etməyə başlayacaq və heç kim bunu qadağan edə bilməyəcək. Çox güman ki, məhz bu təzyiq Putini taktiki nüvə silahından istifadə etməkdən çəkindirir”, - ekspert bildirib.
- Nazirdən fermerlərə şad xəbər
- Bakıdakı pullu çimərliklərə giriş qiymətləri
- Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı
- Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
- Bakının əsas prospektləri birləşəcək - Rəsmi
- Məktəbli formasına dair tələblər hüquqi müstəvidə təsbit edilir
- Məhkəmə Əli Kərimli barədə qərar verdi
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb