Əslən azərbaycanlı olan Rusiyada yaşayan tanınmış xeyriyyəçi “milli təhlükəsizliyə təhdid” səbəbindən deportasiya oluna bilər.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə "E1.ru" nəşri yazıb.
Arxangelskdəki Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov uzun illər Rusiya hökuməti ilə əməkdaşlıq edib və xeyriyyə işləri ilə məşğul olub, o cümlədən "xüsusi hərbi əməliyyat" zonasına pul göndərib. Lakin bu ilin yazında o, Rusiya vətəndaşlığından məhrum edilib və indi deportasiya oluna bilər.
Onun “milli təhlükəsizliyə təhdid” yaratdığına dair qərarı Rusiya FTX verib. Qasımovun vətəndaşlıqdan çıxarılması barədə qərar bu sənədə əsaslanır. Qasımov Azərbaycan vətəndaşı deyil. Sovet İttifaqının dağılması zamanı o, RSFSR-də qeydiyyatda olub.
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
Tərlan Qasımov 2000-ci illərin əvvəllərindən Arxangelskdə yaşayır. Burada onun ailəsi və şəxsi biznesi var. 2016-cı ildə o, Arxangelsk vilayətinin Azərbaycan diasporuna rəhbərlik edərək, Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmlənməsinə çalışaraq fəal ictimai və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmağa başlayıb.
2020-ci ildə qubernator Aleksandr Tsıbulski Tərlan Qasımovu “Arxangelsk vilayətinin xeyirxahı” adı ilə təltif edib. Və 2023-cü ilin dekabrında xeyriyyəçi bölgənin əsas ictimai mükafatı - "Şimal Mülkiyyəti" ilə təltif edilib
- Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar
- Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...
- İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?