Ruslar cəbhənin mühüm sahələrində irəliləyişlər əldə ediblər. Müharibə böyük şəhərlərə yaxınlaşa bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 3-cü Hücum Briqadasının komandir müavini Maksim Jorin deyib.
“Görünür, hər kəs rusların şərqdə irəliləməsi ilə bağlı xəbərlərə öyrəşib. Amma onlar artıq Pokrovska, o cümlədən yüz minlərlə insanın yaşadığı başqa şəhərlərə çatıblar. Müharibənin dinamikası indi çox yüksəkdir və ruslar tempi artırır. Amma rotasiya və normal əvəzetmə olmadığı üçün Ukrayna bölmələri tükənib. Ukrayna cəmiyyəti oyanmalıdır. Mən heç kimi qorxutmaq istəmirəm, amma hazırda yaxşı vəziyyətdə deyilik. Bütün bunları aradan qaldırmaq üçün gözləmək və xəyal etmək deyil, hərəkət etmək lazımdır. Və çox vacib olan, kiminsə bizim üçün yaradacağı ani qələbə və sülh haqqında nağıllara inanmağı dayandırmaqdır”, - Jorin bildirib.
- Bakının əsas prospektləri birləşəcək - Rəsmi
- Məktəbli formasına dair tələblər hüquqi müstəvidə təsbit edilir
- Məhkəmə Əli Kərimli barədə qərar verdi
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
- 24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
- Hidayət Orucovun cənazəsi Bakıya gətirildi