İranın Ali Milli Təhlükəsizlik Şurası katibi Əli Əkbər Əhmədianın Bakı və İrəvana səfəri böyük əhəmiyyət kəsb edir. Həmin səfərlər həm regional vəziyyətin qiymətləndirilməsi, həm də İranın maraqları kontekstində nəzərdən keçirilməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Vitali Manqasaryan Əhmədianın 8-9 yanvarda Bakı və İrəvana səfərinə münasibət bildirərkən deyib.
“Düşünürəm ki, İran Azərbaycanın Ermənistana qarşı niyyətlərini, eləcə də hərbi imkanlarının və planlarının təfərrüatını mümkün qədər yaxşı anlamağa çalışır. İran Ermənistanın təhlükəsizlik problemləri və regional təhlükəsizlik sisteminə təsir göstərə biləcək mümkün hərbi razılaşmalarda da maraqlıdır və erməni tərəfinin işləmək üçün geniş meydanı var”, - o bildirib.
Manqasaryanın fikrincə, İran Azərbaycanın təzyiqi ilə Ermənistanın Zəngəzur dəhlizi məsələsində fikrinin dəyişib-dəyişmədiyini də müəyyənləşdirməyə çalışır:
“İran Cənubi Qafqazda Rusiya, Türkiyə və Qərbin təsirini balanslaşdıraraq güclü regional oyunçu kimi çıxış etmək istəyir. Səfər vasitəsilə Tehran öz maraqlarını ardıcıl şəkildə qorumağa davam etdiyi və mümkün gərginliyin qarşısını almaq üçün vasitəçi kimi çıxış etməyə hazır olduğu barədə siqnal göndərir.
Ermənistan təhlükəsizliyi təmin etmək üçün İranla əlaqələrindən istifadə etməlidir”.
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərova hökm oxundu
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Netanyahu İlham Əliyevi təbrik etdi