Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə ay öncə Avropa Birliyinə üzvlüyə əmin olmadığını deyirdi. Məncə onun bu çıxışı Əliyevin son bəyanatları ilə bağlıdır.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib.
“Paşinyan düşünür ki, bu addımları Əliyevə öz planlarını gerçəkləşdirməyə mane olacaq. Halbuki o ölkənin təhlükəsizliyinin təmini üçün konkret addımlar atmalı idi. Ermənistanın AB-yə üzvlük perspektivi dumanlıdır və ölkəmiz üçün çox pis zarafata çevrilə bilər. Hazırda AB və Rusiyanın inteqrasiya birlikləri arasında rəqabət gedir. Moskva deyir ki, AB və Avrasiya İttifaqı bir-birinə uyğun təşkilatlar deyil. Ermənistana göstərir ki, ikisindən birini seçməlidir. “Həm, həm” siyasətini tətbiq etmək alınmayacaq, çünki dünya artıq dəyişib. Ermənistanın Avrasiya İttifaqından çıxması isə erməni iqtisadiyyatını 90-cı illərə qaytaracaq” – deyə o bildirib.
Balasanyan Ermənistanın Qərbə plasdarm üçün lazım olduğunu bildirib:
“Ermənistanın təkcə KTMT və Avrasiya İttifaqı üzvlüyü yoxdur, onun həm də İranla quru sərhədi var. Bu da ki, Rusiyanın Cənubi Qafqazdan çıxarılması və İranla müharibə üçün plasdarm rolunu oynaya bilər”.
- Mirzoyan Kallasla danışdı: Bakı ilə münasibət, İranda son vəziyyət...
- Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf
- Kazinoların açılması ilə bağlı layihə ilk oxunuşdan keçdi
- Paşinyan “Turan birliyi”ni dəstəklədi - İstanbulda şok cavab
- Növbəti addım: Naxçıvanın muxtar statusu ləğv edilir?
- Putinin “rus əsgəri çəkməsi” bəyanatı və Bakının addımı…
- Paşinyan Türkiyəyə buna görə gedibmiş - İnanılmaz detallar
- Şuşa Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır