Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz nəqli dayandırılmayacaq.
BUTA.TV xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç X səhifəsində yazıb.
“Azərbaycana və Prezidentə sonsuz təşəkkürlər, onu tezliklə Belqradda qarşılamağı səbirsizliklə gözləyirəm”, - Vuçiç bildirib.
Qeyd edək ki, “Şahdəniz Alfa” platforması ilə Səngəçal terminalı arasında sualtı kondensat ixrac xəttində yaranan texniki problem səbəbindən Azərbaycandan Serbiyaya qaz ixracı müvəqqəti dayandırılmışdı. Serbiya Prezidenti Aleksandr Vuçiç texniki problemlərin aradan qaldırılmasına 1-2 ay vaxt lazım ola biləcəyini bildirmişdi.
Lakin Azərbaycan qazının Serbiyaya tədarükünün yanvarın 15-də bərpa olunacağı gözlənilir.
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərova hökm oxundu
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Netanyahu İlham Əliyevi təbrik etdi