Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın 14-15 yanvar tarixlərində Vaşinqtona işgüzar səfəri və burada Dövlət katibi Entoni Blinken və digər rəsmilərlə görüşü ilk baxışdan məntiqsiz görünür. Çünki bu görüşdən bir neçə gün sonra Entoni Blinkeni dövlət katibi postunda bir başqası əvəz edəcək. Yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra dövlət postları vəzifələrini yeni simalar tutacaq. Belə olan halda Ararat Mirzoyanın köhnələrlə görüş məqsədilə Vaşinqtona səfərinin mənası nədir?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bundan əvvəl ABŞ-ın Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdırdığı haqda məlumat yayılmışdı:
“Ancaq Dövlət Departamenti bu xəbəri təsdiq etməmişdi. Halbuki Ararat Mirzoyan sənədin müzakirəsi üçün görüşlər keçiriləcəyinə eyham vurmuşdu. Belə çıxır ki, ya Ararat Mirzoyan, ya da Dövlət Departamenti yalan danışır. Ancaq əgər Ararat Mirzoyan ABŞ-da hakimiyyət dəyişikliyinə bir neçə gün qalmış vəzifəsini itirəcək dövlət katibi ilə görüşürsə, demək, ortada nəsə var.
Rəsmi İrəvan Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyindən ehtiyat edir. Görünür, indidən Vaşinqtonla nəsə imzalamaq istəyirlər ki, Tramp administrasiyası Bayden dövründəki sazişə sadiq qalsın. Ancaq Tramp üçün keçmiş razılaşmaların və sazişlərin heç bir əhəmiyyəti yoxdur”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər