ABŞ Ermənistana gömrük və sərhəd mühafizəsi komandası göndərir. Dövlət katibi Blinken bildirib ki, komandanın missiyası Ermənistan sərhədinin təhlükəsizliyi potensialının artırılmasıdır.
Bu addımın əsas məqsədi Amerika qüvvələrinin Ermənistanda – Azərbaycanla sərhədə yerləşdirilməsidir. Daha öncə Vaşinqtonun öz qüvvələrini Avropa Birliyinin “müşahidə missiyası”nın tərkibinə daxil edəcəyi gözləntiləri vardı, xüsusilə ittifaq üzvü olmayan Kanadanın missiyaya qoşulmasından sonra. ABŞ-ın qüvvələrini AB-dən kənar yerləşdirməsinin birdən çox mümkün səbəbi görünür.
Birincisi, Tramp administrasiyasının mümkün addımlarından qaynaqlana bilər: Trampın ilk hakimiyyəti dövründə AB ilə yaşanan problemlərin təkrarlanması gözləntiləri var, Avropada sağçılarla yaxınlığı, Qrenlandiyaya görə Danimarka ilə mübahisələr də bunu deməyə əsas verir; Vaşinqton-Brüssel xəttində gözlənilən qarşıdurma ABŞ qüvvələrinin AB tərkibində Ermənistandakı fəaliyyətinin dayanıqlılığına maneə yarada bilər;
İkincisi, Vaşinqtonun Ermənistana çoxsaylı qüvvə yerləşdirmək planından irəli gəlir: AB missiyasının tərkibi məhdud olduğu üçün ABŞ-ın “kvotası” az olacaqdı;
Üçüncüsü, Bakının İrəvana tələbləri fonunda Ermənistanın mövqelərini gücləndirmək məqsədi daşıyır: sülh sazişində razılaşdırılmayan tələblərdən biri üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılmasıdır, Ermənistan AB missiyasının vaxtını uzatmaqla bundan imtina etdi, hərçənd, bölgədə hadisələrin mümkün inkişafında missiyanın çıxarılması, yaxud ən azı sərhəddən uzaqlaşdırılması da baş verə bilər; Bayden administrasiyası Amerika qüvvələrinin bu ssenari ilə üzləşməməsi üçün AB-dən kənar şəkildə yerləşdirir;
Dördüncüsü, ABŞ-ın “gömrük və sərhəd mühafizəsi komandası”nın AB missiyasından fərqli olaraq, patrul xidməti göstərməyəcəyi, əvəzində erməni hərbi birləşmələrin əməliyyatlarının planlaşdırılması və koordinasiya edilməsində iştirak edəcəyi mümkündür;
Beşincisi, Bayden administrasiyası Rusiyanın Ermənistanda boşalan yerindən daha çox pay əldə etmək və bölgədəki mövqelərini gücləndirmək məqsədilə birbaşa öz qüvvələrini yerləşdirmək gedişi edir.
Trampın sələfinin bu qərarına münasibəti bəlli deyil, lakin Baydenin addımının mövcud vəziyyətdə Bakı-İrəvan sülh danışıqlarını çətinləşdirəcəyi, - üçüncü qüvvələrin sərhəddə olmaması tələbi – bölgədə geosiyasi qarşıdurmanı körükləyəcəyi və sabitliyi təhdid edəcəyi aydın görünür.
- Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu
- Paşinyandan Qarabağla bağlı üç etiraf...
- İrəvanı Moskva asılılığından Bakı xilas edəcək - Sekuta
- Azərbaycan və Suriya arasında görüş: Təhlükəsizlik...
- Müharibə vaxtı Azərbaycanın İsrailə yardım etməsi... - İran
- Bakı, Daşkənd və Aşqabad birgə bəyanat qəbul etdi
- Zəngəzur dəhlizindən nə qədər gəlir əldə olunacaq? - Uraloğlu
- Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik