Bu məhkəmə prosesinin Ermənistan-Azərbaycan münasibətlərinə, sülh prosesinə hər hansı təsir göstərəcəyini hesab etmirəm. Ermənistan rəsmiləri bu haqda etiraz bildirmirlər və bildirə də bilməzlər. Konkret ittiham var və ona görə də onlar məhkəmə prosesinə cəlb olunublar.
Bu sözləri BUTA.TV-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, ictimaiyyətin diqqət mərkəzində olan məhkəmə prosesi həqiqətlərin ortaya çıxarılmasına yönəlib:
“Ermənistan hökuməti birbaşa deyil, diaspor vasitəsi ilə bu məsələni Qərb mediasında bizə qarşı qaldırmağa çalışır. Ənənəvi olaraq, Azərbaycana qarşı bəzi məqalələr çıxacaq, səs-küy edəcəklər. Amma bununla bağlı hər hansı dövlətin mənfi reaksiyası ola bilməz. Bu, ədalətli məhkəmə olacaq. 30 il ərzində xalqımıza qarşı soyqırım, dağıntılar baş verib. Bir milyon qaçqınımız olub. Bununla bağlı həqiqətlərin ortaya çıxarılması, cinayəti törədənlərin məsuliyyətə cəlb olunması ədalətin bərpasıdır və kimsə məhkəməyə təzyiq edə bilməz”.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsap veb çökdü - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı