Türk qövsünün tamamlanması, Türkiyənin Xəzər dənizinə çatması və vahid türk birliyi yaratması qəbuledilməzdir.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı politoloq Mixail Aleksandrov erməni mediasına müsahibəsində deyib.
“Rusiyada bir çox insan bütün bunları başa düşmür”, - o bildirib.
Aleksandrov qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb:
“Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək”.
O, həmçinin Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaların əhəmiyyətinə baxmayaraq, Ermənistandakı bazanın daha vacib olduğunu vurğulayıb.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsap veb çökdü - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı