Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərə başsağlığı ünvanlayıb.
BUTA.TV xəbər verir ki, başsağlığında qeyd olunur:
"21 yanvar tarixində, Bolu vilayətinin Qartalqaya dağ-xizək mərkəzinin otelində baş verən faciəvi yanğın nəticəsində 66 nəfər insanın həyatını itirməsi və çox sayda insanın xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi.
Baş vermiş faciəyə görə Sizin, həlak olanların ailələrinin və yaxınlarının dərdlərinə şərik olur, xəsarət alanlara şəfa diləyir, Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsap veb çökdü - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı