Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan Qarabağdakı keçmiş qondarma rejimin “liderlərindən” Araik Arutyunyanın Bakıda keçirilən məhkəmədəki ifadələri Ermənistanda rezonans doğurub. Araikin müharibəyə görə Ermənistanı və baş nazir Nikol Paşinyanı ittiham etməsi müzakirələrə səbəb olub.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, hazırda İrəvanda olan Qarabağ ermənilərindən Tiqran Petrosyan Arutyunyanın sözlərinin ictimaiyyətdə birmənalı qarşılanmamasına baxmayaraq, doğru olduğunu deyib. O, “keçmiş liderlə” 44 günlük müharibədən sonra Xankəndidə yaşadığı dialoqu xatırladıb:
“2020-ci ildə müharibədən sonra onu vəziyyəti düzgün dəyərləndirə bilməməkdə və döyüşləri erkən dayandırmamaqda günahlandırdım. Həmin an bir kağız parçasını çıxarıb qarşıma qoydu. Araik mənə, - “Bəlkə də müharibəni tez bitirməli olduğumu əvvəlcə başa düşməmişdim, amma sonra bunun üçün əlimdən gələni etdim. Lakin alınmadı”, - dedi. O, həmin gün Nikol Paşinyana şifahi müraciət edərək müharibənin dayandırılması üçün hər yolu sınamağa razı olduğunu deyib. Paşinyan daha sonra bunu Ermənistan parlamentinin deputatları ilə müzakirə edib. Lakin həm iqtidar, həm də müxalifət mübarizənin sona qədər aparılmalı olduğu qənaətinə gəlib. Onlar vəziyyətə nəzarət edə bilmirdilər”.
Qeyd edək ki, Petrosyanın dediyi məktubda Arutyunyanın Paşinyana 2020-ci il oktyabrın 19-u ATƏT-in Minsk qrupunun həmsdərlərinə müharibənin dayandırılması məqsədi ilə çağırış edilməsi üçün müraciət ünvanladığını xəbər verməsi yazılıb. Araik Minsk qrupu tərəfindən təklif olunan sənədlər əsasında Bakı ilə danışıqlara hazır olduğunu bildirib. O, Ermənistanın keçmiş qondarma rejimin qarantı olduğunu vurğulayıb və Paşinyanın ölkə rəhbəri kimi müharibənin sona çatdırılması üçün lazımı prosesi başlatmalı olduğunu söyləyib.
Lakin sözügedən müraciət mətninin doğru olub-olmadığı dəqiq məlum deyil.
- İranı vururlar, əvəzində Rusiya pul qazanır - Arkov
- Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər
- Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü
- "Müdafiə haqqında” qanuna dəyişiklik təklif edilir
- Bakının axtardığı milyarderi Ermənistan saxladı – Samvel kimdir?
- Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?
- Solovyovun iddialarına Bakıdan sərt cavab
- Bayramovla Lavrov danışdı:İsrail-İran qarşıdurması...