Türkiyənin vasitəçilik etməklə bağlı fikri var, amma nə Rusiya, nə də ABŞ tərəfindən qarşılıq görür. Yalnız Ukrayna danışıqların Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilməsini istəyir. Amma burada başqa bir problem də var.
Bu sözləri BUTA.TV-a türkiyəli ekspert Engin Özər Rusiya-Ukrayna münaqişəsində Ankaranın vasitəçilik rolu ilə bağlı danışarkən deyib.
Ekspertin sözlərinə görə, görüşlərin Türkiyədə baş tutacağını demək çətindir:
“Birincisi, İstanbul görüşlərində razılaşma mətni hazırlanmışdı, lakin Ukrayna tərəfi birtərəfli qaydada həmin sazişi imzalamaqdan imtina etmişdi. Nəticədə Türkiyənin o zamankı səyləri boşa çıxmışdı. Bu səbəbdən hazırkı şəraitdə bu görüşlərin Türkiyədə keçirilməsi real görünmür. Böyük ehtimalla görüşlər Səudiyyə Ərəbistanında davam edəcək”.
Engin Özər qeyd edib ki, Türkiyə münaqişə başa çatdıqdan sonra da proseslərə fəal qoşulmaq niyyətindədir:
“Bundan əlavə, Türkiyənin sülhməramlı qüvvə olaraq müharibədən sonra mövcud sərhədi qorumaq üçün əraziyə hərbi qüvvə göndərməsi gündəmdədir. Lakin Türkiyə təkbaşına ordu göndərməz. Yalnız Avropa Birliyi orduları ilə birlikdə və ya BMT-nin nəzarəti altında bu prosesdə iştirak edə bilər. Türkiyənin təkbaşına ora daxil olması mümkün deyil. Bu qədər böyük sayda əsgərin göndərilməsi texniki baxımdan qeyri-mümkündür və Türkiyə belə bir riski üzərinə götürməz”.
- İranı vururlar, əvəzində Rusiya pul qazanır - Arkov
- Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər
- Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü
- "Müdafiə haqqında” qanuna dəyişiklik təklif edilir
- Bakının axtardığı milyarderi Ermənistan saxladı – Samvel kimdir?
- Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?
- Solovyovun iddialarına Bakıdan sərt cavab
- Bayramovla Lavrov danışdı:İsrail-İran qarşıdurması...