Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yegişe Kirakosyan başda olmaqla, bütün aparat heyəti istefa verib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “168.am” məlumat yayıb.
Mənbənin sözlərinə görə, istefanın səbəbi İrəvanın bütün beynəlxalq məhkəmələrdə qaldırdığı iddialardan geri çəkilmək istəməsi olub.
Yegişe Kirakosyanın ofisi qərara bir müddət müqavimət göstərməyə çalışsa da, baş nazir Nikol Paşinyan başqa seçimin olmadığını bildirib.
Nəşr yazır ki, Paşinyan bunun Bakının tələbi olduğunu, əks halda sülh müqaviləsi imzalamayacağını açıqlayıb.
Məlumata görə, aparatın əməkdaşları bir neçə gün işə çıxmaqdan imtina ediblər, bu gün isə bütün heyət istefa ərizəsini yazıb.
- Dünya Çempionatında - “Qırmızı rekord” - Fotolar
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı