Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatını ciddi qəbul etmirəm. Artıq üç ilə yaxındır ki, bu təkliflər və bəyanat var. Bu baxımdan yeni nəsə təklif olunmayıb. Bu bəyanat da kənar oyunçulara hesablanıb.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Tofiq Zülfüqarov deyib.
“İstək çox sadədir: Azərbaycana Zəngəzur dəhlizi yox, digər istiqamətlərin istifadəsini təklif edirlər. Azərbaycanın mövqeyi Zəngəzur dəhlizindən sonra digər kommunikasiyaların da qarşılıqlı şəkildə açıla bilməsi ilə bağlıdır. Təcrübə onu göstərir ki, İrəvan beynəlxalq qanunlara uyğun hansısa addım atan deyil, bunu ondan yalnız təzyiqlə almaq mümkündür. Bu məsələdə Ermənistan öz durumunu anlamadan yenə də əvvəlki oyunlarını oynaya bilmə imkanının olduğunu düşünür. İndi də istəyirlər ki, köhnə tezisləri öz diasporları vasitəsi ilə yenidən tirajlasınlar. Ancaq onları himayə edən qüvvələr də artıq dünyada iflic vəziyyətindədir”, - o əlavə edib.
- İranı vururlar, əvəzində Rusiya pul qazanır - Arkov
- Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər
- Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü
- "Müdafiə haqqında” qanuna dəyişiklik təklif edilir
- Bakının axtardığı milyarderi Ermənistan saxladı – Samvel kimdir?
- Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?
- Solovyovun iddialarına Bakıdan sərt cavab
- Bayramovla Lavrov danışdı:İsrail-İran qarşıdurması...