Erməni bloger İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, siyasi sığınacaq istəyib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat yayıb.
“Hörmətli cənab Prezident, nəzərinizə çatdırım ki, Qarabağı Azərbaycan ərazisi olaraq açıq şəkildə tanıdığım üçün Ermənistanda mənə qarşı cinayət işi açılıb. İrəvan Azərbaycan və Ermənistanın suverenliyinin qarşılıqlı tanınması lehinə çıxış etdiyimə, həmçinin “artsax” kvazi-dövlət qurumu və onunla bağlı hər şey haqqında tənqidi bəyanatlarıma görə mənə ömürlük həbs cəzası vermək istəyir. Onu da nəzərinizə çatdırım ki, Ermənistana qayıtmağım istər-istəməz həbsimə gətirib çıxaracaq və barəmdə elan olunmuş beynəlxalq axtarış Ermənistanda həbsxanadan başqa istənilən yerdə mənə qapıları bağlayır.
Hörmətli cənab Prezident, mövcud reallıqları nəzərə alaraq və qaçılmaz repressiyalarla bağlı səbəblərə görə vətəndaşlığım olduğu ölkəmə qayıtmağımın mümkünsüzlüyünü nəzərə alaraq, Azərbaycanda siyasi sığınacaq vermənizi xahiş edirəm. Hörmətlə, İşxan Verdyan”, - o qeyd edib.
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
- Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi