Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün bayraqların alınması məqsədilə “AZER ATRİBUT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, nazirlik toplam 932 ədəd müxtəlif bayraqların və 30 ədəd bayraq üçün dirəklərin alınması üçün şirkətə 197 min 848 manat ödəyəcək.
Müvafiq işlərin görülməsinə bu ayın 2-də başlanılıb, dekabrın 20-ə qədər isə bitməyi planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ərzində Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif bayraqların satın alınması ilə bağlı tenderin ilkin dəyəri 201.992,74 AZN olub. Müdafiə Nazirliyi “AZER ATRİBUT” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 197 min 848 manata razılaşıb.
Müqavilə çərçivəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Ordusunun, Quru Qoşunların, Hərbi Hava Qüvvələrinin müxtəlif ölçülərdə bayraqlarının alınması nəzərdə tutulub.
Bundan əlavə, Türkiyə, Qazaxıstan,Rusiya, Gürcüstan dövlət bayraqlarının alınması da müqaviləyə daxildir.
“Azer Atribut” MMC Bakıda fəaliyyət göstərir. Şirkət böyük və kiçik ölçüdə bayraqların istehsalını, bayraq dirəklərinin isə satışını həyata keçirir.
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu