Rusiyada Konstantin Zatulinə “bəsdir” deyən olacaqmı? O, Azərbaycan əleyhinə açıqlamalarına bu gün birini də əlavə edib: “Ermənilərin Dağlıq Qarabağdan qovulması 1915-i il soyqırımının davamıdır”.
BUTA.TV xəbər verir ki. bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Zatulin sıradan bir rusiyalı siyasətçi deyil, hakim partiyanın üzvü və Dövlət Dumasında MDB üzrə komitənin sədr müavinidir:
“Bu vəzifə ona MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir, ancaq “balans” bir yana qalsın, Zatulin daşnaklardan da betərdir. Azərbaycanla strateji tərəfdaşlıqdan danışan rusiyalı siyasətçilərindən biri də partiyadaşına “Sənin antiazərbaycan açıqlamaların iki ölkə arasındakı münasibətlərə xələl gətirir” xəbərdarlığını etmir. Rusiya demokratik ölkə də deyil ki, deyəsən siyasətçinin ağzının üstündən vurmurlar. Demək, Zatilin kimilər Kremlə lazımdır”.
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu