Azərbaycan Çin üçün maraqlı tərəfdaşa çevrilir. Bu marağın Pekin üçün bir neçə səbəbi var.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib.
“Birincisi, Çin ABŞ-ın tarif müharibələrinə qarşı koalisiya qurmağa çalışır. İkincisi, Çin Avropa ilə strateji müttəfiqlik yaratmaq istəyir. Və burada Azərbaycan AB-nin enerji siyasətində liderlərdən biri kimi öz töhfəsini verə bilər. Üçüncüsü, Azərbaycan Çinin çoxqütblü dünya konsepsiyasını dəstəkləyir. Bu o deməkdir ki, Azərbaycan Pekinin müxtəlif xalqların öz inkişaflarını sürətləndirmək üçün fərqli siyasi sistemlərdən istifadə etməsi və burada avropalıların, eləcə də amerikalıların demokratiya anlayışı ilə bağlı sınaqdan keçmək məcburiyyətində olmamasına dair siyasətini dəstəkləyir”, - o bildirib.
Markov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin əvvəllər də Çinə dövlət səfəri etməsinə baxmayaraq, bu gün Bakı ilə Pekin arasında münasibətlər intensivləşib:
“Bakı üçün bu, beynəlxalq arenada irəliyə doğru böyük sıçrayışı simvollaşdırır. Təbii ki, çoxqütblü dünya quruculuğu və beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanla Çin arasında qarşılıqlı fəaliyyət Bakının beynəlxalq aləmdə mövqelərinin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir”.
- Elçin Əmirbəyov Meksika Senatında - Foto
- Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək
- Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək
- Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi
- Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi
- Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi
- Azərbaycan və Küveyt arasında birgə bəyannamə imzalandı
- Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov