Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik.
BUTA.TV xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciətində yer alıb.
“Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik”, - deyə dövlətimizin başçısı əlavə edib.
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq