Hazırda Estoniyada rəsmi səfərdə olduğu bildirilən Ermənistanın Baş naziri Nikol Paşinyan Tallində iki ölkənin kəşfiyyat lideri ilə gizli görüş keçirir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Hayeli Armenia” və bir neçə Teleqram kanalı çıxış edib.
Məlumata görə, Paşinyan hazırda Tallindəki “Radisson” otelinin qapalı zalında Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın və Britaniya kəşfiyyatının rəhbəri (Mı6) Riçard Murla gizli görüş keçirir. Müzakirənin təxminən yarım saatdır davam etdiyi bildirilir.
Görüşün detalları ilə bağlı heç bir məlumat yoxdur.
Rəsmi İrəvan görüşlə bağlı iddialara münasibət bildirməyib.
Qeyd edək ki, Nikol Paşinyan ötən gün Estoniyaya səfər edib.
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq