Tanınmış erməni bloger Roman Baqdasaryanın 44 günlük müharibədən paylaşdığı görüntülər Ermənistanda rezonans doğurub.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, Baqdasaryan müharibə zamanı erməni komandirlərin əsgərlərinin pronjiletlərini qəsdən yandırdığını bildirib.
Bloger Ermənistan ordusunun əsgərlərinin qəsdən ön cəbhəyə göndərildiyini və həlak olanların sayının çox olmasına çalışıldığını söyləyib. Məlumata görə, separatçıların “generalları” və “zabitləri” 13 mindən çox pronjilet yandırıblar.
Baqdasaryanın sözlərinə görə, separatçılar müharibə müddətində tez-tez əsgərlər üçün pronjiletlərə ehtiyac olduğuna dair çağırışlar ediblər. Hətta Rusiyadakı erməni təşkilatları bu tələbatı qarşılamaq üçün külli miqdarda pul göndəriblər. Lakin separatçılar bütün pulları mənimsəyiblər.
Bloger yayımlanan görüntülərin Əsgəranda çəkildiyini deyib. Məlumata görə, Ermənistan ordusunun xüsusi təyinatlıları ərazidə separatçılar üçün nəzərdə tutalan pronjiletlərin yandırıldığını aşkarlayıblar. Hətta bu məsələnin yoxlanılması üçün Qarabağa göndərilən müfəttişlərə sui-qəsdə cəhd edildiyi, onların möcüzəvi şəkildə sağ qaldıqları bildirilir.
Bloger Qarabağda öldürülən 3 min erməninin 40%-nin daxildəki qüvvələr tərəfindən qətlə yetirildiyini iddia edib.
Qeyd edək ki, 44 günlük müharibədə erməni tərəfi ümumilikdə 10 minə yaxın itki verib.
- İsrail 4 gün əvvəl vəzifəyə təyin olunan generalı öldürdü - Foto
- İsrail 4 gün əvvəl vəzifəyə təyin olunan generalı öldürdü - Foto
- Tehran Bakıdan bunu xahiş edir: İranın 3 radikal qərarı...
- Azərbaycanı hədələyən terrorçular İrandan qaçır
- İran və İsraildə ölənlər arasında Azərbaycan vətəndaşları var?
- Bu ölkələrin vətəndaşları da İrandan Azərbaycana keçdi
- Mirzoyan ATƏT sədri ilə danışdı: Sülh müqaviləsi...
- Belarus vətəndaşları İrandan Azərbaycana keçdi - Foto