Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Məmiş Azərbaycanda rəsmi səfərdədir.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidməti bildirib.
“Milli Təhlükəsizlik Şurasının baş katibi Vali Okay Məmiş Azərbaycana rəsmi səfəri çərçivəsində səfirimiz Birol Akgünə nəzakət ziyarəti edib”, – Bakıdakı diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Məmiş Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin rəhbəri olub. O, MTŞ baş katibi vəzifəsinə bu ilin fevral ayında təyin olunub.
- İki nəfər göldə boğuldu - Biri uşaqdır
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir