Gəncədə küçədə ağır xəsarətlər alan gənc oğlan aşkarlanıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü E.İbrahimov şəhərin E.Xəlilov küçəsində aşkarlanıb və o, dərhal xəstəxanaya aparılıb.
18 yaşlı Elgün İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri, ağır kəllə-beyin travması ilə xəstəxanaya qəbul olunaraq dərhal ilkin tibbi yardım göstərilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb.
Yaralı nəfəs çatışmazlığından dünyasını dəyişib.
İlkin ehtimala görə, E.İbrahimov döyülərək ağır xəsarətlər alıb. Onun üzərində hər hansı kəsici deşici və ya güllə izləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub