Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin inşası ilə dəhliz tam gücündə fəaliyyət göstərəcək.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
Uraloğlu bildirib ki, Azərbaycanın strateji əhəmiyyət daşıyan nəqliyyat layihələrindən biri olan Zəngəzur dəhlizindən 30 illik perspektivdə 147,6 milyard lirəlik iqtisadi qazanc təmin ediləcək.
“Dəhliz vasitəsilə 15 milyon ton yük daşınacaq, vaxt, yol baxımı, qəzaların azalması və iqlim faydaları ilə birlikdə böyük iqtisadi səmərə əldə olunacaq. Bu layihənin Orta Dəhlizə güclü dəstək verəcəyini və dəniz nəqliyyatı ilə müqayisədə ciddi vaxt qazancları təmin edəcəyini vurğulayıb. Dəhliz Türk dünyasına və Uzaq Şərq bazarlarına ən qısa çıxış yolunu formalaşdıracaq”.
- Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi...
- Oman sahillərində tanker yandı: itkilər var - Video
- Ordumuz Xəzərdə “düşməni” məhv etdi - Foto
- “Highland Residence”də mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər
- Məktəblərdə dərsliklər yığılır
- “Son zəng”lə bağlı daha bir açıqlama: Bunlar qadağandır!
- Bakıda “Hunday” yandı - Video