Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra Türkiyə və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımların qiymətləndirildiyini bildirib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
Ərdoğan və Paşinyan bazar ertəsi Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər.
Ərdoğanın sözlərinə görə, həmin görüşdə Türkiyə-Ermənistan münasibətləri Cənubi Qafqazda davamlı sabitlik və sülh yolunda atılan addımlar fonunda müzakirə olunub.
“Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləyişindən razı qaldığını, Türkiyənin regionda sülh, sabitlik və inkişafı dəstəklədiyini və bu prosesə öz töhfəsini verməyə davam edəcəyini bildirib”, - deyə məlumatda qeyd olunur.
Öz növbəsində Ermənistan baş nazirinin mətbuat xidməti bildirib ki, görüş zamanı tərəflər bölgədə sülh və sabitliyin təmin olunmasına yönəlmiş addımların əhəmiyyətini vurğulayıblar. Paşinyan və Ərdoğan qarşılıqlı etimad mühitinin formalaşdırılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmanın saxlanmasının vacibliyini qeyd ediblər. Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Çində Azərbaycan və Türkiyə prezidentlərinin də görüşü baş tutub. Həmin görüşdə Ərdoğan Bakı ilə İrəvan arasında sülh prosesində əldə olunmuş irəliləyişdən məmnunluğunu ifadə edərək Türkiyənin bu məsələyə töhfəsini davam etdirəcəyini vurğulayıb.
- Putin İlham Əliyevlə hələ danışmayıb - Peskov
- ATƏT sədrindən Minsk qrupunun ləğvinə - Reaksiya
- Qərb “dondu”, üstünlük Şərqə keçir – sammitə baxın!
- İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- 3 ölkə Zəngəzurla bağlı “payalma cəhdlərinə” başladı
- ATƏT-in bütün qərarları etibarsız elan edildi
- ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verildi
- Kremlə yaxın kanal: Bakıya qarşı “xüsusi əməliyyat...”