Ukraynanın qaçaq keçmiş prezidenti Viktor Yanukoviçin uzun fasilədən sonra yayımladığı videomüraciəti Rusiya Prezidenti Vladimir Putinin təlimatıyla həyata keçirilib. Viktor Yanukoviç dövlət başçısı olduğu illərdə Ukraynanın Avropa Birliyinə üzvlüyünü dəstəklədiyini, ancaq NATO-ya üzvlüyün isə fəlakətə aparacağını söylədiyini bildirib. Eyni sözləri Kreml sahibi Çində Slovakiya Baş naziri Robert Fitso ilə görüşdə deyib: “Rusiya heç vaxt Ukraynanın AB üzvlüyünə qarşı çıxmayıb, NATO-ya gəlincə, bu başqa məsələdir, burada söhbət Rusiyanın təhlükəsizliyinin təmin olunmasından gedir”.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Putin özünün və Yanukoviçin açıqlaması vasitəsilə sanksi Qərbə mesaj göndərir ki, Rusiya Ukraynanın Avropa qurumlarından birinin üzvlüyünü əngəlləməyəcək. Halbuki, Ukraynada ikinci Maydan hərəkatı məhz Putinin Viktor Yanukoviçə təzyiqi nəticəsində onun AB ilə assosiativ saziş imzalamaqdan imtina etməsiylə başlamışdı. Putin üstündən illər keçdikdən sonra yeni açıqlamasıyla Ukraynanın Avropa Birliyinə üzvlük məsələsində güzəştə hazır olduğunu demək istəyib. Məsələ burasındadır ki, AB Ukraynaya siyasi, iqtisadi və müəyyən qədər hərbi dəstək versə də, bu ölkəni təşkialata üzv qəbul etməyə hazır deyil. Putin də bunu bildiyindən topu onların meydanına atıb”, - o bildirib.
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
- Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi