Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. “Məsələ avqustun 22-də Həştərxanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclaslarında ətraflı müzakirə olunub. Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb”, - Zaxarova bildirib.
Rusiya XİN rəsmisinin sözlərinə görə, iyulun 3, 14 və 23-də Bakı İstintaq Təcridxanasına konsulluq əməkdaşları tərəfindən Rusiya vətəndaşlarına artıq üç dəfə baş çəkilib:
“Dördüncü görüş üçün sorğu göndərilib, lakin Azərbaycan tərəfi hələlik buna razılıq verməyib. Güman edirik ki, belə razılıq alınacaq”.
- Bakıda “Hunday” yandı - Video
- Bu kreditlər üzrə faizləri dövlət ödəyəcək – Rəsmi
- Ərinin qətlini sifariş verən qadına ağır cəza - Foto
- Urmiya gölü ilə bağlı şad xəbər
- Marketlərdə bu məhsullar kəskin bahalaşdı
- Eynulla Fətullayev təsdiqlədi: “Ağabala”nı da satıb
- Qaz şəbəkəsinə qoşulma ilə bağlı məlumatlandırma tədbiri...
- “Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!