2023-cü ildə Qarabağ ərazisindən könüllü olaraq köçən ermənilər kütləvi şəkildə Rusiyaya gedir və Ukraynadakı savaşa qoşulmaq üçün müraciət edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Nəşrin dolayı etirafına görə, Azərbaycanda yaşadıqları müddətdə terror fəaliyyətlərinə öyrəşdirilən bu şəxslər hazırda Ermənistanda iş tapmaqda çətinlik çəkirlər. Rusiyanın isə məzdlulara geniş güzəştlər, o cümlədən yüksək maaş verdiyini nəzərə alan ermənilər Ukraynada işğalçı ordunun tərkibində vuruşmaq üçün növbəyə durublar.
“Hraparak” ermənilərin yüksək maaş verilən “Arbat” batalyonuna qoşulduğunu da qeyd edib.
Ukraynada pul müqabilində döyüşməyə gedən ermənilərin Rusiya vətəndaşlığını sürətli şəkildə aldığı bildirilir.
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?