Azərbaycanın Ombudsmanı Bakıda saxlanılan “Sputnik Azərbaycan” jurnalistlərinin və digər rusiyalıların məsələsini tam nəzarətində saxlayır, ötən gün onların ailələri ilə görüşü baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin ofisindən “RİA Novosti” yə bildirilib.
“Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə bu məsələyə Milli Preventiv Qrupun nümayəndələri nəzarət edir. Bu qrup onların ailə üzvlərini ofisdə qəbul edir, daxil olan müraciətlərə vaxtında və qanun çərçivəsində baxılaraq həll edilir, zəruri hallarda köməklik göstərilir. Onların yaxınları ilə növbəti görüşü ötən gün baş tutub”, - məlumatda deyilib.
- Ərinin qətlini sifariş verən qadına ağır cəza - Foto
- Urmiya gölü ilə bağlı şad xəbər
- Marketlərdə bu məhsullar kəskin bahalaşdı
- Eynulla Fətullayev təsdiqlədi: “Ağabala”nı da satıb
- Qaz şəbəkəsinə qoşulma ilə bağlı məlumatlandırma tədbiri...
- “Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!
- Bakının İzmit parkında söküntünün məqsədi... - Rəsmi
- Bakıda 33 dərəcə isti olacaq