Artıq Ermənistan-Azərbaycan sərhədində əmin-amanlıq hökm sürür.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Qraçya Akopyan jurnalistlərə açıqlamasında deyib.
Hakim komandanın üzvü ABŞ-da iki ölkə arasında paraflanmış sülh sazişinin iki ölkə arasında sülhün formalaşmasında mühüm rol oynadığını bildirib:
“Həmin sənəd üzərində hər gün işləməyə ehtiyac var ki, yekun sülh yaransın. Bəli, indi iki ölkə arasında sülh var”.
Jurnalistlərin Qarabağın Azərbaycana təhvil verilməsi ilə bağlı sualına Akopyan cavab olaraq, bunun Yevlaxa gedənlərdən soruşulmalı olduğunu qeyd edib.
Xatırladaq ki, 2023-cü il sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında görüş keçirilmişdi. Görüşdə Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunmuşdu.
- Bu kreditlər üzrə faizləri dövlət ödəyəcək – Rəsmi
- Ərinin qətlini sifariş verən qadına ağır cəza - Foto
- Urmiya gölü ilə bağlı şad xəbər
- Marketlərdə bu məhsullar kəskin bahalaşdı
- Eynulla Fətullayev təsdiqlədi: “Ağabala”nı da satıb
- Qaz şəbəkəsinə qoşulma ilə bağlı məlumatlandırma tədbiri...
- “Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!
- Bakının İzmit parkında söküntünün məqsədi... - Rəsmi