“Trampın yolu”nun (və ya Zəngəzur dəhlizinin) təfərrüatları Ermənistan və ABŞ nümayəndə heyətləri arasında təmaslar, müzakirələr və danışıqlar yolu ilə aydınlaşdırılacaq.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Azərbaycan tərəfi ilə ümumi anlaşmalar var və bunlar kommunikasiyaların açılmasının hər iki ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi və yurisdiksiyası çərçivəsində, maneəsiz, qarşılıqlı üstünlüklərlə həyata keçiriləcəyini nəzərdə tutan Vaşinqton bəyannaməsində öz əksini tapıb”, - nazir bildirib.
“Niyə görə Azərbaycandan fərqli olaraq sənəddə Ermənistanla bağlı bölmədə “maneəsiz keçid” ifadəsi yoxdur” sualına Mirzoyan belə cavab verib:
“Maneəsiz keçid nədir? Onlarla konvensiya və beynəlxalq sənədlər var ki, Ermənistanın həmin maneəsiz keçidlə bağlı öhdəlikləri var. Üstəlik, təkcə Azərbaycanla bağlı deyil”.
Xarici işlər naziri bu və digər məsələlərlə bağlı Ermənistan müxalifətinə qulaq asmamağı tövsiyə edib.
- Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
- Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu
- Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı
- TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video
- Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...
- XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi
- Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən
- Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan