Bir çox hallarda ictimai nəqliyyat saat 24:00-a kimi işləyəcək.
BUTA.TV xəbər verir ki, bunu Prezident İlham Əliyevin "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.
O bildirib ki, hazırda yetərli sayda avtobusun daşımalara cəlb edilməsi üçün müəyyən tədbirlər görülsə də, mövcud model məsələnin sistemli həllinə imkan vermir:
“Bu da marşrutda işləyən avtobuslar arasında intervalın artması və ya günün müxtəlif saatlarında ümumiyyətlə avtobusların işləməməsi ilə nəticələnir. Xüsusən axşam saatlarda bəzi marşrutlar sərnişin sayı az olduğuna və nəticədə rentabelli olmadığına görə xətdən çıxarılır və və depoya yönləndirilir”.
O əlavə edib ki, yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişin daşımaları üzrə qrafiklər daha çevik qurulacaq:
“Bir çox halda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişin tələbatı nəzərə alınaraq bəzi istiqamətlərdə daha gec saatlara qədər də xidmətin göstərilməsi imkanları qiymətləndiriləcək”.
- Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu
- Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı
- TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video
- Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...
- XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi
- Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən
- Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan
- Separatçıların İrəvandakı ofisi bağlanacaq