Zəngəzur dəhlizi Azərbaycana böyük investisiyalar gətirə bilər.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Beynəlxalq İnvestisiya Forumunda deyib.
Azərbaycanın Türkiyə, Gürcüstan və Avropa ilə qarşılıqlı əlaqələrindən istifadə edərək öz müstəqilliyini gücləndirdiyini vurğulayan Brayza qeyd edib ki, Azərbaycan cazibədar bir investisiya mühiti yaradıb:
“O vaxt Heydər Əliyev Azərbaycan neft-qazını dünyaya açıq elan etdi və dedi ki, biz xarici investorları cəlb etməliyik. O zaman ABŞ-ın burada iqtisadi yox, geosiyasi maraqları var idi”.
O, “Qarabağ münaqişəsinin uzun illər həmişə investorların başı üzərində bir təhlükə” olduğunu diqqətə çatdırıb.
Metyu Brayza Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasınını zəruriliyini də vurğulayıb.
- 19,4 min şəxsə əlillik təyin olundu
- Hansı hallarda daşınmaz əmlak son alıcıdan geri alına bilər?
- Adil Kərimli bu iddiaları rədd etdi
- 18 il axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı - Video
- "Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı
- Bakıda mebel sexi bağlandı - Video
- Azovda öldürülənlərin cənazələri ölkəyə gətirildi
- ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama